22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda Türkiyə-Azərbaycan Universiteti açılacaq

19-02-2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanan anlaşma memorandumu çərçivəsində qurulacaq Türkiyə-Azərbaycan Universiteti yeni ali təhsil modeli kimi beynəlxalq tələbələrə xitab edəcək.Türkiyə Ali Təhsil Şurasının (YÖK) verdiyi yazılı açıqlamaya görə, hər 2 ölkə prezidentlərinin rəhbərliyi ilə Bakıda ortaq universitet yaradılması ilə bağlı işlər yekunlaşıb.

İki ölkə arasında elmi və texnoloji əməkdaşlığı yeni müstəviyə daşıyacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumunu Türkiyə Ali Təhsil Şurasının sədri professor  Erol Özvarla Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Bakıda yaradılacaq Türkiyə-Azərbaycan Universiteti xüsusilə səhiyyə, mühəndislik və informatika sahələrində Türkiyə ali təhsil təcrübəsini Azərbaycana gətirəcək.

Bu il fəaliyyətə başlayacaq birgə universitetin məqsədi təhsil sahələrində ixtisaslı kadrlar hazırlamaq və hər iki ölkənin elmi tədqiqat imkanlarını bir araya gətirməkdir. Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq dosent, bakalavr və magistr proqramlarının həyata keçiriləcəyi Türkiyə-Azərbaycan Universiteti yeni ali təhsil modeli kimi beynəlxalq tələbələrə müraciət edəcək.

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar sosial media hesabındakı paylaşımında dünyada yeni beynəlxalq universitet modeli olan Türkiyə-Azərbaycan Universitetinin ölkəyə və elm dünyasına xeyirli olmasını arzulayıb.

Paylaş: