Bakıda tozlu hava müşahidə olunur
Bakıda tozlu hava müşahidə olunur.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomat meteoroloji stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, deyə baş Mühəndis bildirib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...