Bakıda nöqsanlar aşkarlanan restoranda məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub
Paytaxtın Xətai rayonu, Ə.Şıxlinski küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bağırov Ruhiddin Nadir oğluna məxsus “Şahbuz” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçiriblər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Həmçinin müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, xüsusi sanitar geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...