22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirilib

14-11-2024
IMG

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.

Fhnews.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışıb.

Albaniyanın Baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın energetika naziri Sebastian Burduja və Dünya Bankının vitse-prezidenti Juergen Voegele COP29 tədbirinin Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın gələcəkdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə də məlumat veriblər.

Paylaş: