Bakıda küləyin sürəti 32 m/s-dək güclənib- FAKTİKİ HAVA
Ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Fhnews,az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...