Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Sammitdə 30-a yaxın dünyəvi və ənənəvi dinlərin liderlərinin, nüfuzlu dini mərkəzlərin başçılarının - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimlərinin, ümumilikdə, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimlərinin, həmçinin KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dini liderlərin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda keçiriləcək budəfəki sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələrinin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məqsədi daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq, dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik və səmərəli təkliflərini, səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...