22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

27-10-2024
IMG

COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə növbəti monitorinqlər uğurla tamamlanıb.

Fhnews.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərində nəqliyyatın monitorinqi aparılıb.

Proses COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə reallaşdırılıb.

Bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunan monitorinq prosesi zamanı COP29-a məxsus avtobuslar, eləcə də təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilərək müxtəlif marşrut və ssenarilər üzrə yoxlamalar uğurla icra olunub.

Paylaş: