Bakı və Sumqayıtın bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq
Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası çərçivəsində, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.
“Azəriqaz” İB-dən verilən məlumata görə, bu məqsədlə oktyabrın 2-si saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Xəzər rayonu, Qala qəsəbəsində və Qaradağ rayonu, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 2-si saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...