22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

26-05-2024
IMG

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasının artaraq normadan 1.5-1.7 dəfə çox olduğu müəyyən edilib.

Bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

O bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: “Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

Paylaş: