Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
İyulun 26-sı saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu zaman yol bağlanmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri aparılan ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...