22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə avqust ayı ərzində 19 minə yaxın müraciət daxil olub

02-09-2024
IMG

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 min 961 müraciət daxil olub.

Fhnews.az xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9201 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5979 müraciət daxil olub.

BŞTİ-yə 3114 sənəd (vətəndaşlar tərəfindən 1777 ərizə, Elm və Təhsil Nazirliyindən 442, digər qurumlardan 181, tabelikdə olan təhsil müəssisələrindən 369 məktub və 345 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 667 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Paylaş: