22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

25-02-2024

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar paytaxtda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fhnews.az xəbər verir ki, bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bildirilib ki, fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

“Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, - deyə müraciətdə qeyd olunub.

Paylaş: