22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakı metrosunda retro vaqonlar nümayiş olunacaq
 

15-03-2024

Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında, ənənələrə sadiq qalaraq, “Bakı Metropoliteni” QSC-nin əsas muzey eksponatları olan retro vaqonlar nümayiş etdiriləcək.

Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, mart ayının 19-dan 24-dək saat 10:00-dan 22:00-a qədər “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış olmaq, xatirə şəkilləri çəkdirmək mümkündür. Qeyd edək ki, bu gün metropolitendə keçmiş SSRİ məkanının ilk metro vaqonu olan “A” seriyalı, eləcə də XX əsrdə post-sovet məkanı metropolitenlərinin xətlərində hərəkət etmiş “Q” seriyalı və “Bakı Metropoliteni” QSC-nin lokomotiv parkında 2009-cu ilə qədər mövcud olmuş “E” seriyalı vaqonlar nadir muzey eksponatları kimi qorunub saxlanılır. Bu vaqonlar onların xətlərdə olduğu dövrlərdə metropolitenlərin ab-havası ilə diqqət çəkir.

Bundan əlavə, mart ayının 20-si və 21-də “Bakı Metropoliteni” QSC retro vaqonlarda Əməkdar artist Bəhram Bağırzadənin uşaqlar üçün qələmə aldığı kitabların müəllifin imzası ilə azyaşlı sərnişinlərə təqdim edilməsi mərasimini də təşkil edəcək.

Eyni zamanda, “Bakı Metropoliteni” QSC əməkdaşları bir sıra stansiyalarda və qatarlarda azyaşlı sərnişinlərə Novruz hədiyyələri təqdim edəcəklər.

Paylaş: