Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində elmi konfrans keçiriləcək
Oktyabrın 4-də Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans keçiriləcək.
Universitetdən verilən məlumata görə, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil ediləcək konfransın əsas mövzuları iqlim dəyişikliklərinin elmi və praktik aspektlərinə həsr olunub.
Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə ediləcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...