Bağdaddakı Şorca bazarında yanğın
İraqın paytaxtı Bağdadın ən işlək bazarlarından biri olan Şorca bazarında səbəbi hələlik məlum olmayan yanğında bir çox iş yerinə və anbara ziyan dəyib. Bağdadın mərkəzindəki tarixi bazarda baş verən yanğını söndürmək üçün əraziyə çoxsayda yanğınsöndürən maşın gəlib.
Bağdad valisi Abdulmuttalib Alevi də hadisə yerinə baxış keçirərək yanğının söndürüldüyünü açıqlayıb.
Bölgədə yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülsə də, İraq rəsmiləri hələlik yanğının səbəbi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Şorca bazarı bir çox əyalətdən, eləcə də İraqın paytaxtı Bağdaddan olan vətəndaşların gündüzlər üz tutduqları yerlər arasındadır. Bazarda qida, tekstil və bir çox digər sektorlardan topdan satıcılar və tacirlər işləyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...