AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlıq əlaqələri qurur
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Qazaxıstanda işgüzar səfərdədir.
AzMİU-dan verilən məlumata görə, səfərin ilk günü Gülçöhrə Məmmədova Satbayev Universitetinin rektoru Meiram Begentaev ilə görüşüb. Hər iki rektor universitetlər arasında elm və təhsil sahəsində əlaqələrin inkişafını müzakirə ediblər. Tərəflər akademik və tələbə mübadiləsi, elmi layihələrdə əməkdaşlıq, birgə konfransların və tədbirlərin təşkili kimi məsələlərdən söhbət açıblar. Görüş zamanı tərəflər hər iki universitetin strateji inkişaf perspektivləri, beynəlxalq miqyasda tanınması və təhsil keyfiyyətinin artırılması məqsədilə konkret addımları müzakirə ediblər.
Daha sonra AzMİU-nun rektoru Beynəlxalq Təhsil Korporasiyasının rektoru professor Marqarita İmandosova ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Hər iki universitet arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.
Rektorun səfəri iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələri daha da genişləndirmək, tələbə və müəllimlərin akademik potensialını artırmaq və yeni texnologiyaların tətbiqinə yönəlmiş layihələrin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...