Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub
Azərbaycanın Səhiyyə Nazirliyində Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüş keçirilib. Görüş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri çərçivəsində baş tutub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib: “Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim edilməsi bunun əyani sübutudur”.
Ölkələr arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu bildirən T.Musayev, həmçinin rusiyalı həmkarının 2021-ci ildə Bakıya səfərini xatırladıb: “Görüş zamanı ölkələrimiz arasında “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi” imzalanıb. Bu sənəd səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır və tibb elminin inkişafına da öz töhfəsini verir”.
Səmimi qəbula görə minnətdarlığını bildirən Rusiyanın səhiyyə naziri ölkələrimiz arasında uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Rusiya ilə Azərbaycan arasında səhiyyə və tibb təhsili sahəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhəmiyyətini vurğulayaraq deyib: “Beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb”.
Görüşdə, həmçinin əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...