22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

01-11-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini Aleksandr Lomskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov və səfirliyin əməkdaşları iştirak ediblər.

Fhnews.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Görüş zamanı AQTA sədrinin müavinləri Balarəhim Quliyev və Zəkiyyə Mustafayeva Belarus nümayəndə heyətinə respublikamızda qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər barədə məlumat veriblər.

İki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə görülən işlər nəzərdən keçirilib, müvafiq qurumların əməkdaşlığının gücləndirilməsi məsələsi müzakirə edilib. Azərbaycanda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Belarusda quş, quş əti, yumurta istehsal və emal edən qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyinin tanınması imkanları nəzərdən keçirilib.

Paylaş: