"Azərbaycanın milli parklarının tanıtımı" adlı tədbir keçiriləcək
"Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında "Azərbaycanın milli parklarının tanıtımı" adlı tədbir keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Tədbir bu gün saat 18:00-da Dənizkənarı bulvarda təşkil ediləcək.
Məqsəd bütün bölgələri əhatə edən və təbiətimizin mühafizəsində real mövqeyə malik 10 milli parkı daha geniş kütləyə tanıtmaq, ətraf mühitin qorunması iatiqamətində maarifləndirmə işini daha da gücləndirməkdir.
Azərbaycanın füsunkar landşaft gözəlliyi, zəngin flora və fauna aləmini özündə cəmləyən milli parklarla tanışlıq üçün hər kəsi tədbirə dəvətlidir.
Qeyd edək ki, tədbir artıq ikinci dəfədir ki, Dənizkənarı bulvarda təşkil olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...