Azərbaycanın iki universiteti Türkiyədə R&D Layihələri Bazarında iştirak edəcək
Azərbaycan Texniki Universiteti və Xəzər Universiteti Türkiyədə növbəti Tədqiqatlar və İnkişaf Layihələri (R&D) Bazarının təşkilinə dair ideyanı dəstəkləyiblər.
Fhnews.az xəbər verir ki, təşəbbüs texnoloji inkişafı, elm və innovasiyaları dəstəkləmək, eləcə də gənclərin tədqiqat və inkişafa marağını artırmaq məqsədi ilə 2017-ci ildən Türkiyənin Bartın Universiteti (BARÜ) tərəfindən həyata keçirilir.
BARÜ bu payızda Azərbaycan universitetləri ilə yanaşı, Malayziya, Bosniya və Herseqovina, Özbəkistan universitetlərinin də iştirak edəcəyi yeddinci R&D Layihələri Bazarını keçirəcək.
Üstəlik, beynəlxalq R&D Layihələri Bazarında təkcə universitet tələbələri deyil, liseydə oxuyanlar da iştirak edə bilərlər.
R&D layihələri ilə bağlı məlumatların yer aldığı ərizə oktyabrın 11-dək projepazari.bartin.edu.tr saytından münsiflər heyətinə göndərilə bilər.
Qaliblərin adları 7-8 noyabr tarixlərində BARÜ-də keçiriləcək festival çərçivəsində açıqlanacaq.
Ən yaxşı layihənin müəllifləri 285 min türk lirəsi məbləğində pul mükafatı alacaqlar.
Bundan əlavə, layihə iştirakçıları iqtisadiyyatın müvafiq sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə əlaqə yaratmaq və bununla da öz ideyalarını həyata keçirmək imkanı əldə edəcəklər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...