Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartnıı qəbul eldb.
Fhnews.az AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.
Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...