22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanda mövcud olan əsas küləklər hansılardır?

11-02-2024

Fhnews.az xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətinin saytında məlumat verilib.

Ölkə ərazisində mövcud olan əsas küləklər aşağıdakılardır:
1. Xəzri - sürəti 35-40 m/san-yə çatan şimal və şimal-şərq istiqamətli güclü küləklərdir, yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda isə havanı soyudur. Havanı təmizləsə də təsərrüfatlara ziyan vurur.
2. Gilavar - Azərbaycana cənub və cənub-şərqdən daxil olur, yayda hava qızır, qışda isə mülayimləşir, eyni zamanda bu tip küləklər havanı təmizləyir.
3. Dağ-dərə küləkləri - dağlıq ərazilərdə gün ərzində yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır.
4. Briz - Xəzərin sahilində gün ərzində istiqamətini 2 dəfə dəyişir.
5. Fyon - ilin soyuq dövründə dağlarda əsən isti və quru küləkdir.

Paylaş: