Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kiberdiplomatiya Konfransına onlayn qeydiyyat başlayıb
Bu il sentyabrın 25-də Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) rəsmi internet səhifəsi (cyberdiplomacy.gov.az) istifadəyə verilib.
Fhnews.az xəbər veirir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Saytda tədbirdə iştirak etmək üçün qeydiyyat bölməsi yaradılıb.
Bildirilir ki, saytda konfrans haqqında ümumi məlumat, təşkilatçılar, məruzəçilər, və konfransın gündəliyi kimi bölmələr yer alıb.
Xatırladaq ki, XRİTDX ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış memoranda əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi eksklüziv olaraq Azərbaycana verilib. Tədbirin əsas tərəfdaşları Azərbaycan Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.
ICCD ilə paralel olaraq, eyni ərəfədə Azərbaycanda “ADEX 2024” 5-ci Yubiley Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...