22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

26-07-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edib.

Fhnews.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunlar beynəlxalq standartlar əsasında qəbul edilmiş AZS ISO 14064-1:2024 “İstixana effekti yaradan qazlar-Hissə 1: İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin kəmiyyət analizi və hesabat verilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat”, ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar – Hissə 2: İstixana effekti yaradan qazların emissiyalarının azaldılmasına və yaxud təmizlənməsinin artırılmasına dair kəmiyyət analizi, monitorinq və hesabatla bağlı layihə səviyyəsində təlimatlarla texniki xüsusiyyətlər” və AZS ISO 14064-3:2024 “İstixana effekti yaradan qazlar-Hissə 3: İstixana effekti yaradan qazlar haqqında bəyanatların verifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər” dövlət standartlarıdır.

AZSTAND ilə Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB) “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” (“Quality Infrastructure for Green Transformation” - QI4GT) adlı birgə layihəsi çərçivəsində işlənib hazırlanan dövlət standartlarının tətbiq edilməsinin əsas məqsədi təşkilat səviyyəsində istixana effekti yaradan qazların inventarizasiyasının layihələndirilməsini, hazırlanmasını, idarə edilməsini və hesabatlılıq ilə bağlı prinsip və tələbləri, emissiyaların baza xətti buraxılış səviyyəsinin müəyyən edilməsini, monitorinqini, həmçinin verifikasiya və ya validasiya prosesini, onların planlaşdırılmasını, qiymətləndirmə prosedurlarını müəyyənləşdirməkdir.

Sözügedən dövlət standartı “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və AZSTAND onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Paylaş: