22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanda bəzi bölgələrdə yağış kəsib - FAKTİKİ HAVA

22-10-2024
IMG

Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

Bu barədə Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

Paylaş: