22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilib

13-02-2024

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyəti COP29 un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir. Nümayəndə heyətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

Fhnews.az COP29-un rəsmi "X" hesabına istinadən xəbər verir ki, COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (ötən, hazırkı və gələcək) çərçivəsində hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan və Braziliya arasında tərəfdaşlığa start verilib. Bu tərəfdaşlığın məqsədi "missiya 1.5°C"ni dəstəkləməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətə təkan verməkdir.

"Üçlük" Paris Sazişinin bütün əsas istiqamətləri üzrə iddia və təklifləri artırmaq, Dubayda əldə edilmiş BƏƏ konsensusuna uyğun kursu tənzimləmək üçün bu gündən başlayaraq COP30-a qədər üç COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün yaxın zamanlarda platforma təqdim edəcək. Bu barədə COP prezidentləri üçlüyü razılaşma əldə edib.

Paylaş: