22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan Texnologiya Universiteti yenidən təşkil edildi

10-09-2024
IMG

“Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texnologiya Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Fhnews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsi” təsdiq edilib. Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Texnologiya Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Paylaş: