Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI
20/01-004
Bakı şəhəri 15 may 2024-cü il
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 yanvar tarixli 35s nömrəli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.9.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.9.6. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) cəlb edilə bilərlər.”;
1.2. 8.9.7-ci yarımbənddə “on altı yaşınadək əlil” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.3. 8.10.2-ci yarımbənddə “onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş” sözləri “qanunvericiliyə uyğun qəbul edilmiş digər” sözləri ilə və “edilir” sözü “edir” sözü ilə əvəz edilsin;
1.4. 10.3.7.3-cü abzasın birinci cümləsində “aparılan” sözü “yerinə yetirilən” sözləri ilə əvəz edilsin;
1.5. 12.4.7-ci yarımbəndin üçüncü abzasının birinci cümləsində “görülməsi” sözü “yerinə yetirilməsi” sözləri ilə əvəz edilsin.
2. Hüquq idarəsi (İlhamə Turabova) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə çatdırılmasını təmin etsin.
Nazir Kəmaləddin Heydərov
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...