22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub YENİLƏNİB

23-10-2024
IMG

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

Fhnews.az xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.

Paylaş: