Azərbaycan mütəxəssisləri Qazaxıstanda uşaq xəstəliklərinin diaqnostikası və müalicəsi məsələlərini müzakirə edəcəklər
Oktyabrın 17-də Almatıda “Pediatriya və uşaq cərrahiyyəsinin nailiyyətləri və inkişaf perspektivləri” mövzusunda Qazaxıstan Pediatr Həkimlərinin X Qurultayının açılışı olacaq.
Fhnews.az Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ixtisaslaşdırılmış forumda uzaq və yaxın xaricdən pediatriya və uşaq cərrahiyyəsi sahəsində aparıcı alim və ekspertlər, praktiki həkimlər, tədqiqatçılar, universitet müəllimləri, pediatriya assosiasiyasının nümayəndələri iştirak edəcəklər.
Qurultay platformasında Azərbaycan, İtaliya, Polşa, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən ekspertlər bir araya gələcək.
Forumun gündəliyinə uşaq xəstəliklərinin diaqnostikası və müalicəsinin ən aktual məsələləri daxil ediləcək.
Gündəlikdəki mövzular nadir xəstəliklərin diaqnostikası və müalicəsi, müxtəlif somatik və cərrahi patologiyaları olan uşaqların reabilitasiyası və tibbi-sosial adaptasiyası, uşaqlıq dövrünün intensiv terapiyası və anesteziologiyası, pediatriyada informasiya texnologiyalarının inkişafına dair yeni standartları əhatə edir.
Ümumilikdə, 12 elmi sessiya zamanı uşaq tibb xidmətlərinin müxtəlif aspektləri - cərrahiyyə, pediatriya və neonatologiyadan tutmuş uşaqlarda xəstəliklərin diaqnostika və müalicəsinin ən son üsullarına qədər 120-dən çox məruzə təqdim olunacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...