Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib.
Fhnews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşündə aparılıb.
Görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.
Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və “Masdar” şirkəti ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.
Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...