22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ay səthinə enən ABŞ kosmik gəmisinin “qəzaya uğradığı” məlum oldu

25-02-2024

52 ildən sonra Ay səthinə enən ABŞ kosmik gəmisi “qəzaya uğrayıb”.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə gəminin Aya missiyasını həyata keçirən “Intuitive Machines” şirkətindən məlumat verilib.

Eniş aparatının hazırlanması və idarə edilməsi üzrə şirkətin CEO-su Stiven Altemusun sözlərinə görə, “Odysseus” adlanan kosmik cihaz Ayın qeyri-hamar səthinə eniş edərkən yıxılıb və böyrü üstə qalıb, bir ucu daşa ilişib. Lakin gəminin işlək vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, bu gəmi Ayın səthinə enən ilk şəxsi obyektdir və 1972-ci ildən bəri ABŞ-dən Aya uçan ilk kosmik gəmidir.

Şirkət rəsmiləri bildiriblər ki, “Odysseus” kosmosa uçarkən zədəli olmayıb.

Həmçinin qeyd edilir ki, pilotsuz robot kosmik gəmi Aya yaxınlaşarkən naviqasiya sistemində problem yaranıb və fəlakətli təcili enişin qarşısını almaq üçün yerdəki uçuş nəzarətçiləri sınaqdan keçirilməmiş bir həll yolundan istifadə etməli olublar.

Stiven Altemusun sözlərinə görə, NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzində şirkət mühəndisləri cihazı kosmosa buraxmazdan əvvəl təhlükəsizlik açarının kilidini aça bilməyiblər və bu səbəbdən də ilkin lazer məsafəölçənləri işlək vəziyyətdə olmayıb. 

Problem yalnız bir həftə sonra, Ayın orbitində, enişdən bir neçə saat əvvəl təsadüfən aşkar edilib.

Paylaş: