Avstriyanı daşqınlar vurdu
Ötən gün yağan güclü yağış Avstriyanın cənubundakı Ştiriya əyalətində daşqınlara səbəb olub. Ştata böyük ziyan vuran sel bu gün keçirilən Avropa Parlamentinə seçkilərə də təsir edib. Seçkiyə hazırlanan bir çox məntəqələr daşqınlar səbəbindən əlçatmaz olub. Ştatın Hartberq-Fürstenfeld bölgəsində bir çox seçki məntəqələri müxtəlif yerlərə köçürülüb. Dəyişikliklər yerli idarəçilər tərəfindən sosial mediada elan edilib.
Maşınları sel suları apararkən, çoxlu binalara ziyan dəyib. Yanğınsöndürmə qrupları ştatın paytaxtı Qrats şəhəri və ətrafında 800 xilasetmə əməliyyatının aparıldığını və ən azı 50 nəfərin xilas edildiyini bildirib. Qraz yaxınlığındakı avtomobil yolu yağış sularının daşıdığı palçıq və dağıntılar səbəbindən bağlanıb. Güclü külək çoxlu ağacların aşmasına və nəqliyyatın dayanmasına səbəb olub.
Bu gün ştatda davam edən yağışlar səbəbindən bölgənin yanğınsöndürmə idarələri hazırlıq vəziyyətinə gətirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...