Avstriya İtki və Zərər Fonduna ödənişin məbləğini artırır
Avstriyanın inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirməsinin mühüm sütunu olan “İqlim Dəyişikliyi üzrə İtki və Zərər Fondu”na töhfəsi 15 milyon avro artırılacaq.
Fhnews.az xəbər verir ki, Avstriyanın “Die Presse” qəzeti yazır: “Neft və qazla zəngin Azərbaycanın paytaxtı Bakıda keçiriləcək növbəti iqlim konfransına üç ay qalmış Avstriya nümunə göstərir: İtki və Zərər Fonduna töhfə 15 milyon avro artaraq 25 milyona avroya çatıb. Vəsaitlər iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini və iqlimlə bağlı hadisələrin vurduğu geri qaytarıla bilməyən zərərin kompensasiyasını maliyyələşdirmək üçün nəzərdə tutulub”.
İqlim böhranının və onun dağıdıcı nəticələrinin bütün dünyada insanlar üçün ciddi təhlükə yaratdığını qeyd edən Avstriyanın İqlim Mühafizəsi, Ətraf Mühit, Enerji, Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin rəhbəri Leonore Gevessler deyib: “Biz öz məsuliyyətimizə ciddi yanaşır və Qlobal Cənubda yerləşən ölkələrə dəstək veririk”.
Ümumilikdə, Avstriya 2023-cü ildən 2027-ci ilə qədər Fonda 50 milyon dollar ayıracağını vəd edib.
İndiyədək iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləmək üçün bir neçə yüz milyon dollar ayrılıb: bu məsələdə Aİ ən böyük donordur (225 milyon avro), Almaniya və Birləşmiş Ərəb Əmirlikləri hər biri 100 milyon, Böyük Britaniya - 60 milyon və Yaponiya - 10 milyon avro vəsait ayırıb. ABŞ-ın töhfəsi kifayət qədər kiçik olub, cəmi 17,5 milyon dollar. Səbəb yəqin ki, ABŞ administrasiyasının verdiyi bir neçə bəyanatda Vaşinqtonun bu məqsəd üçün ödəmələrin “təzminat” kimi başa düşülməməli olduğunu vurğulamasıdır. Bu tələbi Qlobal Cənub ölkələri illərdir irəli sürür. Onların arqumenti budur ki, iqlim böhranı ABŞ və digər sənayeləşmiş ölkələrdə yaranıb, lakin indi bunun nəticələrinin ağır yükünü inkişaf etməkdə olan ölkələr çəkir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...