22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliyanın cənub-şərqində baş verən daşqın səbəbindən sakinlər təxliyə edilib

08-01-2024

Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində yağan güclü yağışdan sonra baş verən daşqınlar səbəbindən yüzlərlə insana evlərini tərk etmələri tələb olunub. Viktoriya Fövqəladə Xidmətləri İdarəsi  ştatda güclü yağışın səbəb olduğu daşqınla bağlı açıqlama verib.

Açıqlamada suların sürətlə qalxması ilə əlaqədar sakinlərə və turistlərə dərhal ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib və axtarış-xilasetmə işləri zamanı 38 nəfərin xilas edildiyi bildirilib.

 

Paylaş: