Avstraliyalıları çaxnaşmaya salan "8,2 bal gücündə zəlzələ və sunami xəbərdarlığı"
Avstraliyada Meteorologiya Departamentinin hava tətbiqi vasitəsi ilə test məqsədi üçün istifadəçilərə göndərdiyi "8,2 bal gücündə zəlzələ və sunami xəbərdarlığı" qısa müddətli çaxnaşmaya səbəb olub. İnsanlar mesajda "sınaq məqsədləri üçün" qeydinə diqqət yetirməyib. Yerli “The Sydney Morning Herald” qəzetinin məlumatına görə, Avstraliya Meteorologiya Bürosunun (BOM) hava tətbiqinin istifadəçiləri sosial mediada tətbiqdə dərc olunan xəbərdarlıqların skrinşotlarını paylaşıblar.
Ekran görüntülərində Yeni Zelandiya sahillərində baş verən 8,2 bal gücündə zəlzələ və dərhal sonra verilən sunami xəbərdarlığı əks olunub.
İstifadəçilər xəbərdarlıqların sınaq məqsədilə edildiyini ilk baxışdan fərq etmədiklərini və bunun anlaşılmazlıqlara səbəb olduğunu etiraf ediblər.
Xəbərdarlıqlar bəzi vətəndaşlarda təşviş yaratsa da, bəzi istifadəçilər qısa müddət sonra “sunami xəbərdarlığı ləğv edildi” mesajını aldıqlarını bildiriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...