Avstraliyada quş dəstəsinə çırpılan təyyarə təcili eniş edib
Avstraliya aviaşirkəti olan “Qantas”ın Sidneydən Oklendə uçan təyyarəsi quş dəstəsinə çırpılması səbəbindən yerli vaxtla səhər saat 7:20-də Sidney hava limanında məcburi eniş edib.
Fhnews.az “1 News” saytına istinadla xəbər verir ki, hadisə təyyarə Sidney aeroportundan havaya qalxdıqdan bir saat sonra baş verib.
Aviaşirkətin yaydığı ilkin məlumata görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...