Avstraliyada minlərlə insan elektriksiz qaldı
Avstraliyanın şərqində yerləşən Kvinslend əyalətində şiddətli fırtına nəticəsində minlərlə insan elektriksiz qalıb.
Fhnews.az xəbər verir ki, Meteorologiya Bürosunun (BOM) verdiyi açıqlamada Yeni Cənubi Uelsin (NSW) şimalı ilə yanaşı Kvinslenddə də təsirli olan fırtınanın bəzi bölgələrdə güclü leysan və doluya səbəb olduğu bildirilib. Açıqlamada 57 mindən çox evin və minlərlə insanın elektriksiz qaldığı bildirilib.
Qeyd edək ki, Kvinslend əyalətində elektrik paylama xidmətləri göstərən “Energex”, iki saatda əyalətin cənubunda təxminən 151 min ildırım vurduğu məlumatını paylaşıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...