22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avstraliya və Çin alimlərinin birgə araşdırması nəticəsində  162 min virus növü aşkar edilib

10-10-2024
IMG

Avstraliya və Çin alimlərinin birgə işi nəticəsində süni intellekt texnologiyası ilə təxminən 162 min yeni virus növü aşkar edilib.

Sidney Universitetinin internet saytında verilən açıqlamaya görə, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu da daxil olmaqla bir çox institutun tədqiqatçıları süni üsullarla genetik materialı RNT (ribonuklein turşusu) olan 161 min 979 yeni virus növü aşkar ediblər. 

Süni intellektlə dərin öyrənmə alqoritminin yaradıldığı araşdırmada elm adamları virusları kəşf etmək üçün 47 min 250 nukleotidə qədər uzanan virus genomları kimi genetik ardıcıllıq məlumatlarını hesablamaq üçün LucaProt adlı dərin öyrənmə alqoritmi yaradıblar. 

Tədqiqatçılar aşkar edilən virusların əksəriyyətinin məlumatlarının mövcud verilənlər bazalarında olduğunu bildirsələr də, bu məlumatların süni intellekt texnologiyasından istifadə edilərək təşkil edildiyi və kateqoriyalara bölündüyü qeyd edilib. Tədqiqatın müəlliflərindən olan Edvards Holms araşdırmanı "Yer üzündə həyatın gizli hissəsinə açılan bir pəncərə" olaraq xarakterizə edib və bu araşdırmanın tək bir araşdırmada kəşf edilən ən çox yeni virus növü olduğunu vurğulayıb. Kəşf ediləcək milyonlarla virus növü olduğunu ifadə edən Holms eyni tətbiqin bakteriya və parazitləri kəşf etmək üçün istifadə edilə biləcəyini qeyd edib. Tədqiqatın başqa bir müəllifi Mang Shi süni intellekt texnologiyasından istifadə edilməzdən əvvəl bioinformatika boru kəmərlərinin istifadə edildiyini, lakin bunun kəşf edilə bilən müxtəlifliyi məhdudlaşdırdığını ifadə edib. 

Yaradılan süni intellekt modelinin virus müxtəlifliyinin çox daha dərindən araşdırılmasına imkan verdiyini qeyd edən Mang bu modeli müxtəlif tətbiqlərdə istifadə etməyi planlaşdırdıqlarını bildirib.

Paylaş: