Avstraliya sosial media platforması ilə bağlı yeni qanun layihəsi hazırlayır
Avstraliya hökuməti dezinformasiyanın qarşısını almaq üçün hökumətə sosial media platformalarına təzyiq etməyə imkan verən qanun layihəsi təqdim edib.
“SBS News”un məlumatına görə, hökumət sosial media platformalarında dezinformasiyanın qarşısını almaq üçün hazırladığı yeni qanun layihəsini açıqlayıb.Sosial media şirkətlərinin “saxta xəbərlərin yayılmasına icazə verdikləri” əsası ilə yoxlanılmasını təmin edəcək qanun layihəsi ilə hökumət şirkətlərə yüksək cərimələr tətbiq edə biləcək.Qanun layihəsi Avstraliya Rabitə və Media Təşkilatına sosial platformalardan öz qeydlərini saxlamaq və təhvil vermək səlahiyyəti verəcək.
Avstraliyanın rabitə naziri Mişel Rould ölkə əhalisinin 75 faizinin dezinformasiyanın təsirindən narahat olduğunu bildirib.Rəqəmsal platformalarda yanlış məlumat ötürülməsinin çox sürətlə inkişaf edə biləcəyinə diqqət çəkən nazir bunun Avstraliya xalqına çox mənfi təsirləri olduğunu vurğulayıb və bildirib ki, rəqəmsal platformalar pozuntu halında qlobal dövriyyəsinin 5 faizinə qədər cərimələrə məruz qala bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...