Avropanın şimalında 40 dərəcəlik şaxtalar hökm sürür
Şimali Avropa güclü şaxtaların təsirinə məruz qalıb. Norveçin paytaxtında havanın temperaturu müşahidələr dövrü ərzində ilk dəfə olaraq mənfi 30 dərəcədən aşağı enib. İsveç və Finlandiyada isə termometrlər mənfi 40 dərəcəni göstərir.
Fovqaladexeberler.az xəbər verir ki, yanvar ayı Avropanın şimalında şiddətli soyuq və qarla başlayıb. Yanvarın 3-də İsveçin bəzi rayonlarında havanın temperaturu mənfi 43 dərəcəyə enib ki, bu da son 25 ilin rekord göstəricisidir. Finlandiyada da rekord şaxtalar müşahidə edilir - mənfi 44,3 dərəcə.
Osloda meteoroloji müşahidələr tarixində ən aşağı temperatur qeydə alınıb. Yanvarın 6-na keçən gecə Norveç paytaxtında 31,1 dərəcə şaxta olub.
Rusiyanın Avropa hissəsi də anomal şaxtalarla üzləşib. Yanvarın 4-nə keçən gecə Moskvada termometrlər mənfi 27 dərəcəni göstərib.
Avropanın şimalı dondurucu soyuqla qarşılaşdığı halda, dekabrın sonlarında aramsız yağışlar Almaniyanın bütün bölgələrində daşqınlara səbəb olub. Eyni zamanda, sinoptiklər Skandinaviyadan Almaniyaya arktik soyuqların yaxınlaşdığı barədə xəbərdarlıq ediblər. Belə ki, şiddətli şaxtalar su basmış binalar və kommunal xidmətlər üçün təhlükə yarada bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...