Avropanın ən sirli divarı-300 nəhəng qayanı birləşdirən daşlar
Almaniyanın Baltik sahillərində dalğaların altında aşkar edilən daş dövrünə aid divar Avropada insanlar tərəfindən tikilmiş ən qədim meqastruktur ola bilər. 300 nəhəng qayadan ibarət 971 metr uzunluğundakı strukturun mövcudluğu Avropada böyük həyəcana səbəb olub. 10 min ildən çox əvvəl tikildiyi təxmin edilən bu divarın ovçuların heyvanları tutmaq üçün tələ kimi istifadə etməsi ehtimalı da var.
Fhnews.az xəbər verir ki, Meklenburq körfəzindəki dəniz dibi boyunca bir kilometr uzanan divar, dənizdə təxminən 10 km məsafədə tədqiqat gəmisinin çox şüalı sonar sistemini işləyərkən təsadüfən tapılıb.
Həyacanverici kəşf olaraq xarakterizə edilən sualtı divarın 10.000 ildən çox əvvəl ovçu-toplayıcılar tərəfindən gölün və ya bataqlığın yanındakı quruda tikildiyi təxmin edilir. Divarın məqsədini öyrənmək çətin olsa da, elm adamları onun maral sürülərini təqib edən ovçular üçün keçid kimi istifadə edildiyini önə sürürlər.
Başqa bir fərziyyəyə görə, onlar divar və ya göl sahili ilə süni darboğaz yaratmaq istəyiblər.
Tədqiqatçılar 971 metr uzunluğundakı divarın ölçüsünə və formasına əsaslanaraq, divarın böyük bir sunami kimi təbii proseslər nəticəsində əmələ gəlməsinin çətin olduğunu düşünürlər. Əgər divar qədim ov yoludursa, o, yəqin ki, 10.000 ildən çox əvvəl tikilib və təxminən 8.500 il əvvəl dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...