22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada son 10 ildə intihar nəticəsində ölənlərin sayı 13 faiz azalıb

21-09-2024
IMG

Avropa Statistika İdarəsi “Eurostat”ın məlumatına görə, 2021-ci ildə Avropa Birliyində intiharlar nəticəsində 47.000 nəfər ölüb. Avropa İttifaqında  intihar nəticəsində ölənlərin sayında azalma müşahidə olunur. Beləki, 2011-ci illə müqayisədə 13,3 faiz azalma var. Bu, hər 100 000 nəfərə orta hesabla 10,2 ölümə bərabərdir. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Psixi Sağlamlıq üzrə Regional Müşaviri Ledia Lazeri “Euronews” a verdiyi müsahibədə maraqlı faktlar açıqlayıb. "Hətta bir intihar da çox olur"-deyən alim buna görə də AB-də intihar nisbətinin 13 faiz azalması belə maraqlı faktdır.  

Sloveniya 2021-ci ildə 100.000 nəfərə 19,8 ölümlə Aİ-nin ən yüksək intihar səviyyəsini qeyd edib. İkinci yerdə Litva, üçüncü yerdə isə Macarıstan gəlir. Digər tərəfdən, Kipr hər 100 min nəfərə 2,7 intiharla siyahının sonundadır. Kiprdən sonra Yunanıstan və İtaliya sıyahıda yer alıb. 

Alimlərin fikrincə, kişilər arasında intihar nisbəti qadınlara görə daha yüksəkdir. İntihar nəticəsində qeydə alınan ölümlərin dörddə üçü kişilərdir. “Eurostat”ın məlumatına görə, Aİ-də intihar nəticəsində ən çox ölən yaş aralığı 45-64 arasındadır. Və bu qrup 17,441 ölümlə ümumi sayının 37 faizini təşkil edir.

Paylaş: