22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada qazın qiyməti ilin ən yüksək səviyyəsinə çatıb

12-11-2024
IMG

Avropada təbii qazın qiymətləri dekabr ayında müddətli müqavilələr üzrə bu ilin ən yüksək səviyyəsinə çatıb və meqavat/saat üçün 44,32 avro olub.

Avropanın ən böyük dərinliyinə sahib virtual təbii qaz ticarət nöqtəsi olan Hollandiya mərkəzli TTF-də dekabr ayı müddətli müqavilələrin bağlanış qiyməti 43,72 avro olub, dünən 1,37 % artıb.

Mütəxəssislər bildirirlər ki, qış dövründə temperaturun aşağı düşməsi ilə əlaqədar təbii qaza tələbatın artması və bərpa olunan enerji mənbələrindən kifayət qədər elektrik enerjisi istehsalının olmaması bu artımda təsirli olur. Avropada təbii qaz çənlərində doluluq 10 noyabr tarixinə yüzdə 93,4 olaraq qeydə alınıb.

Bundan əlavə, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsinin də təbii qaz qiymətlərinin artırılmasına təsir etdiyi bildirilir.

Paylaş: