22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada külək enerjisi gücü ilin birinci yarısında 6,4 giqavat artıb

12-09-2024
IMG

Avropa Külək Enerjisi Assosiasiyasının məlumatlarına görə, ilin birinci yarısı üçün əlavə edilmiş gücün 5,3 giqavatını yerüstü, 1,1 giqavatını isə dəniz külək elektrik stansiyaları təşkil edir.Əlavə güc artımında 1,7 gigavat güclə Almaniya birinci, Fransa 1,2 giqavatlıq artımla və İspaniya 876 meqavatlıq güclə ikinci yerdədir.

Avropanın külək enerjisi gücü bu dövrdə 6,4 giqavat artaraq ümumilikdə 278 giqavata çatıb. 27 Avropa İttifaqı ölkəsinin ümumi gücə verdiyi töhfə 225 gigavat olaraq qeyd edilib. Avropa Külək Enerjisi AssosiasiyasınınBaş İcraçı Direktoru  Giles Dickson məlumatları qiymətləndirərkən Avropanın 2030-cu il enerji hədəfləri üçün kifayət qədər külək elektrik stansiyaları inşa etmədiyini ifadə edərək deyib ki, gələcək 6 ildə güclər artacaq, lakin kafi səviyyədə olmayacaq. Hökümətlər şəbəkəyə qoşulma qaydalarını vaxtında müəyyən etmək üçün siyasətlər hazırlamalıdırlar. Təcili olaraq tədbirlər görülməli , limanlar və logistika kimi sahələr də bu məqsədə uyğun inkişaf etdirilməlidir.

Paylaş: