22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada ən yüksək temperatur 2021-ci ildə 48,8 dərəcə ilə Siciliya adasında qeydə alınıb

30-01-2024

Ümumdünya Meteorologiya Təşkilatı təsdiqləyib ki, Avropa üçün rekord temperatur 2021-ci il avqustun 11-də İtaliyanın Siciliya adasında 48,8 dərəcə Selsi səviyyəsində qeydə alınıb. Təşkilatın hesabatında 11 avqust 2021-ci ildə Siciliya adasında ölçülən 48,8 dərəcə temperaturun Avropa üçün yeni rekord olduğu bildirilib.

Qeyd edək ki, Avropada əvvəlki temperatur rekordu 1977-ci il iyulun 10-da 48 dərəcə Selsi ilə Yunanıstanın Afina və Elefsina şəhərlərinə aid olub.
Hesabatda fikirləri yer alan Ümumdünya  Meteorologiya Təşkilatının İqlim və Hava Ekstremalları üzrə məruzəçisi Randall Cerveninin fikrincə, gələcəkdə Avropada daha böyük ekstremalların baş verəcəyi mümkündür. Cerveni həmçinin qeyd edib ki, belə ekstremal iqlim hadisələri aşkar edildikdə yeni “ÜMT qiymətləndirmə komitələri” yaradılacaq.

Bu cür araşdırmaların qlobal temperatur rekordlarının düzgün ölçüldüyünə əminlik təmin etdiyinə diqqət çəkən Cerveni "Bu hesabat dünyanın müəyyən bölgələrində yüksək temperatur rekordlarının qırılmaya davam etdiyinə dair həyəcanverici tendensiyanı göstərir"-deyib.

Paylaş: