Avropa İttifaqında üz tanıma proqramı ilə sərhəd nəzarəti sisteminin tətbiqi yenidən təxirə salınıb
Avropa İttifaqı birliyin hüdudlarından kənarda vətəndaşlar üçün sərhəd qapılarında barmaq izi və üz tanıma sisteminin tətbiqini bir daha təxirə salıb. Noyabrın 10-da həyata keçirilməsi planlaşdırılan bu sistem Almaniya, Fransa və Hollandiyanın buna daha hazır olmadıqları səbəbindən yenidən təxirə salınıb. BBC-nin məlumatına görə, bu proqram təminatı İngiltərə sərhəd sistemlərində canlı sınaqdan keçirilməyib. Lakin AB-nin daxili işlər üzrə komissarı Ylva Johansson sistemin mərhələli şəkildə tətbiq ediləcəyini söyləyib.
Giriş Çıxış Sistemi (EES) adlanan bu proqram Aİ hüdudlarından kənarda yaşayan vətəndaşlara pasportlarına möhür vurmaq əvəzinə biometrik məlumatlarla qeydiyyatdan keçməyə imkan verəcək. Sistemin məqsədi pasportları biometrik məlumatlarla rəqəmsal şəkildə əlaqələndirməkdir. Səyahətçilər öz biometrik məlumatlarını sərhəd qapılarında qeyd etmək üçün portativ cihazlardan istifadə edəcəklər. EES quru sərhədlərində, hava limanlarında, limanlarda, dəmir yolu stansiyalarında, o cümlədən Eurostar xidmətlərində və Aİ-nin bütün xarici sərhədlərində etibarlı olacaq.
Qeyd edək ki, nəzarət sisteminin 2022-ci ildə tətbiqi planlaşdırılırdı. Lakin əvvəlcə 2023-cü ilin may ayına, sonra 2023-cü ilin sonuna və nəhayət, 2024-cü ilin noyabrına qədər təxirə salınmışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...