22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropa İttifaqı ötən il Rusiyadan 29 milyard avroluq neft-qaz alıb

16-02-2024

Avropa İttifaqına üzv ölkələr 2023-cü ildə Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib.

Fhnews.az xəbər verir ki, “Eurostat” statistika xidmətinin məlumatına görə, neftin bir barelinin qiymətinin orta hesabla 100 dollar olduğu 2022-ci illə müqayisədə idxalın həcmi 2,9 dəfə azalıb.

Rusiyaya qarşı sanksiyaların tətbiqindən öncəki 2021-ci ildə tədarükün həcmi təqribən 81,9 milyard avro təşkil edirdi ki, bu da 2023-cü illə müqayisədə 2,8 dəfə çoxdur.

Ukraynada müharibə başladıqdan sonra Brüssel Rusiyanın enerji resurslarından imtina etmək kursu götürüb və bu ölkədən yanacaq tədarükünə bəzi məhdudiyyətlər qoyub. “Şimal Axını” qaz kəmərində partlayış Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da çətinləşdirib. Ekspertlər bu siyasətin enerji qiymətlərinin sürətlə artmasına səbəb olduğunu vurğulayırlar.

Qeyd edək ki, ötən il Avropa İttifaqı ilə Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi təxminən 89 milyard avro təşkil edib.

Paylaş: