22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropa İttifaqı  Komissiyası 2040-cı ilə qədər istixana qazı emissiyalarının 90 % azaldılmasını tövsiyə edib

07-02-2024

Aİ Komissiyası Avropanın 2050-ci ildə iqlimə uyğun bir qitə olmasına hazırlaşan və istixana qazlarının emissiyalarının azaldılması hədəfləri ilə bağlı tövsiyələri özündə əks etdirən araşdırmasını dərc edib. Tədqiqatda Komissiya 2040-cı ilə qədər Avropa İttifaqının xalis istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 90 faiz azaltmağı təklif edib.

Tədqiqatda hədəfə çatmaq üçün 2030-cu il üçün müəyyən edilmiş istixana qazları emissiyalarının 55 faiz azaldılmasında uğurlu olmağın önəmi qeyd edilib və hədəflərə uyğun siyasi şəraitin təmin edilməsinin vacibliyi önə çəkilib. Araşdırmada istixana qazları emissiyaları ilə bağlı 2030-cu ildən sonrakı siyasət çərçivəsinin müəyyən edilməsinin AB seçkilərindən sonra yaradılacaq yeni komissiyanın üzərinə düşəcəyi və hədəflərə çatmaq üçün bərpa olunan enerji mənbələrinin istifadəsinin sürətləndirilməsinin lazım olacağı bildirilib. 

Mətbuata sızan layihə mətnlərində bütün sektorların istixana qazı emissiyalarını azaltma səylərinə qatqı təmin etməsi lazım olduğu ifadə edilib.
AB Komissiyasının sədri Ursula fon der Leyen bu gün 2030-cu ilə qədər pestisidlərin istifadəsini 50 faiz azaltmaq planından imtina edildiyini açıqlayıb.

Qeyd edək ki, Aİ ölkələrinin kənd təsərrüfatı nazirləri fevralın 26-da Brüsseldə sektorun problemlərini müzakirə edəcəklər. Bu tarixə kimi fermerlərin problemlərinin aradan qaldırılması üçün Komissiyadan yeni addımların atılması gözlənilir.

Paylaş: