Avropa Azərbaycan Məktəbinin direktoru BDU tələbələrinə təlim keçib
Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini Bakı Dövlət Universitetində (BDU) “Gənclərin liderlik bacarıqlarının gücləndirilməsi” mövzusunda təlimi keçirib. Təlimdə BDU-nun tələbə və magistrantları iştirak ediblər.
BDU-dan verilən məlumata görə, Françesko Bançini “Lider kimdir?”, “Liderin keyfiyyətləri” və “Liderlik bacarıqlarını inkişaf etdirməyin metodları” mövzularında təqdimat edib. O, liderlik anlayışı və onun başlıca xüsusiyyətləri, bu bacarıqların inkişaf etdirilməsi yolları, məqsəd və hədəflərin düzgün müəyyən edilməsi, komanda ilə işin səmərəli qurulması və digər məsələlər barədə ətraflı məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...